Lənət
Lənət Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Ay həzarat, el çaxnaşdı, qan düşdü,
Xain mərdimazar atana lənət.
Göyçə yesir oldu, dalda baxanda,
Fağırlar qanına batana lənət.
Kəsib dar bəreni deyirlər, dayan,
Hayes, Türkes, Ermənisən, Müsəlman,
Arifsənsə mənasını anla, qan,
Gizlində min əməl tutana lənət.
Obalara yaman baxdı pund ili,
Doğru danışanın kəsildi dili,
Malağan, Oazaklar işlətdi feli",
Tüfəngi budağa satana lənət.
Hüseyn görməmişdi bu zülüm billah,
Dağlar qan ağlar hər axşam, sabah,
Ermənidə, müsəlmanda nə günah,
Pünhan aralığı qatana lənət.