Laçın (xalq mahnısı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Laçın Müəllif: Şifahi xalq ədəbiyyatı |
Araz axar lil ilə,
Dəstə-dəstə gül ilə,
Mən yarımı sevirəm
Şirin-şirin dil ilə
Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın...
Bağçaların barı gül,
Yarı göncə, yarı gül,
Gec açıldın, tez soldun,
Açmayaydın barı gül,
Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın...
Yeri-yeri küsən yar,
Yeni eşqə düşən yar,
Elçiləri qırılmış...
Özü elçi düşən yar!
Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın...