Lalə (Şair Məmmədhüseyn)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Lalə (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Səni gördüm yada düşdü,
Al yanaqlı yarım, lalə.
İntizarın üzüb məni,
Dedim elə varım, lalə.
Ləçəklərin qırmızıdı,
Könlümün telli sazıdı.
Dağların sənəm qızıdı,
Oxşarın gül, barım, lalə.
Yazda idi xeyir işim,
Sən açmısan nə təşvişim.
Məmmədhüseynəm, tez yetişim,
Bircə işi sarım, lalə.