Lam-ləng ola
Müəllif: Xəstə Qasım
Mənbə: "Xəstə Qasım (1684-1760)" (az.). shahbulaq.az. 12.09.2014. İstifadə tarixi: 2015-04-20.

 
Mərifət bəhrində, ədəb-ərkanda,
Bir igid istərəm lam-ləng ola.
Atı Düldül ola, qılıncı düsər,
Dayanmaz, qabaqda yüz pələng ola.

Sərində görmüşəm cığalı çəngər,
Üzündə duymuşam müşk ilə ənbər.
Kənan şəhrində Yaqub peyğəmbər,
Yusif tək camalı çox qəşəng ola.

Fərhad qaya çapar, sənginə yetməz,
Kimsə ərənlərin dənginə yetməz,
Heç cəng o movlanın cənginə yetməz,
Ya rum, Qeysər, ya Firəng ola.

Xəstə Qasım əl götürməz daməndən,
Sidqini bağlayıb Sahib-Zamandan,
O gün çox qorxuram Şahi-Mərdandan,
Çəkə Zülfüqarın xulqu təng ola.