Layıxdı
Layıxdı Müəllif: Aşıq Hüseyn Şəmkirli |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Sallanıb gedən salatın,
Qaşın kamana layıxdı.
Aşıqlar sənin əlindən,
Çəksə amana layıxdı.
Öldürmaz sevən sevəni,
Bağdan qovmaz gül dərəni,
Yolunda çanın verəni,
Saxla mehmana layıxdı.
Söyün deyərlər adıma,
Qırxlar yetişsin dadıma,
Yarım düşəndə yadıma,
Yana pərvana layıxdı.