Layiq deyil
Layiq deyil Müəllif: Öysüzlü Səməd |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Baxdın gördün ki, bir sirri pünhandı,
O sirri bilməyin bil layiq deyil.
İki göz bir olub edir ixtilat,
Araya girməyin bil layiq deyil.
Dostuna gəl özünü bildirgilən,
Düşmənini söz ilə öldürgilən,
Elə din ki, məclisi güldirgilən,
Öz-özünə gülməyin layiq deyil.
Ariflər əmridi bizə desənə,
Nakəs adam nə söyləyə, nə dinə.
Haqq yolunda qulluq elə birinə,
Hər qapıda ölməyin layiq deyil.
Yazıq Səməd, heç bir sirrə yetmədi,
Gövhərini kimsə verib satmadı.
Bir məclisə vardın, səni tutmadı,
Bir də gedib-gəlməyin layiq deyil.