Layiqdimi
Müəllif: Usta Abdulla
Gəraylı

Mənim kimi bülbül olmaq,
Güllərinə layiqdimi?
Aşığı sürgün eləmək,
Ellərinə layiqdimi?

Köynəyin humayun ağı,
Haşiyəsi cənnət bağı,
Sinəmə çəkirsən dağı,
Əllərinə layiqdi mi?

Ağladırsan, güldürürsən,
Eynim yaşın sildirirsən,
Abdullanı dindirirsən,
Dillərinə layiqdi mi?