Müşkili həll eyləmək dəgmənün işi dəgül

Müşkili həll eyləmək dəgmənün işi dəgül
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Müşkili həll eyləmək dəgmənün işi dəgül,
Bir kişiyə ver könül, bu yolda naşı dəgül.

Övliyamın könlİnden kəsmə “şey’un-lillah”ı,
Sana himmət ol eylər, göz ilə qaşı dəgül.

Ər oldur kim, mənzilin hər dəm göstəri tura,
Dəgma arif bu düşi yoramaz, işi dəgül.
 
Həqq təcəlli qılmağa, can əslini bulmağa,
Könüldən sür sivayı nəzəri taşı dəgül.

Bu kelamun mə’nisi övliyamın xanıdur,
Yedirməgil cahilə ki, zira aşı dəgül.

Yunus bir toğan idi, qondı Tapduq qohna,
Avın şikara gəldi, bu yuva quşı dəgül.