Müəllim (Əhməd Cavad)

Müəllim
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005

Döşündə üç qızıl medal,
Gözlərində bir general.
Baxışı var, yüksək boylu,
Qalm bığlı, köksü dolu;
Əllərində yun əldivən,
Kimdir bu sallanıb gedən?
Müəllimdir, bu müəllim.
Çox mükəmməl almış təlim!