Mübarəkdir Novruzun, ey ümmətlərə sərvər

Mübarəkdir Novruzun, ey ümmətlərə sərvər
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: M.Mübariz
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.

Mübarəkdir Novruzun, ey ümmətlərə sərvər,
Ki, səninlə birlikdə təbrik olunur ellər.
Zəmanənin Novruzu yüksək ruhlar sayılır,
Ağzın haqq günəşidir, saçar işıqlı gövhər.
Sənsən din günəşini zirvələrə qaldıran,
Əcəm mülkündə Şirvan Novruzu bayram eylər.
Bir Novruzu var elin, mənə bayram igidir,
Biri Novruzun özü, biri sənsən, ey rəhbər!