Münəcat (Əhməd Cavad)

Münəcat
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005

Əsirgəsin Tanrım yabançı gözdən
Bizim eldə məbədinin daşını!
Acı bizə, imanımız sönməsin,
Rəhmətinlə keyit bu göz yaşını!
Yarəb, Vətən sənin, iman sənindir!
Mömünü güldürən Quran sənindir!
Vətəndə lal qalan məscid, minarə.
Gözün dikmiş səsin golən diyarə.
Qəribliyə deyilmi bu işarə?
Məhşər oldu... atma bizi kənarə!
Yarəb, Vətən sənin, iman sənindir!
Mömünü güldürən Quran sənindir!
Sufilərin böylə olub, küsməsi,
Azanlarm titrəyərək əsməsi.
Xətmlərin, xütbələrin hər səsi
Çağırmaqda imdadına bir kəsi!
Yarəb, Vətən sənin, iman sənindir!
Mömünü güldürən Quran sənindir!
Ey mərdliyi ilham edən böyük haqq!
Buyruq sənin qullarına, nə sormaq?!
Pək derdliyiz, bir arzumuz var ancaq,
Cəbrayılla göndər bizə bir sancaq!
Yarəb, Vətən sənin, iman sənindir!
Mömünü güldürən Quran sənindir!
Kərəm inlə xəbər verdin adını,
Bizə daddır о cənnətin dadını!
Ümmətinin düşündürüb şadmı,
Ağa, tikmə bizə, hər yad qadmı!..
Yarəb, Vətən sənin, iman sənindir!
Mömünü güldürən Quran sənindir!