Müsabiqə aparırkən, məni məndən soruşsan
Müsabiqə aparırkən, məni məndən soruşsan Müəllif: Xaqani Şirvani Tərcümə edən: M.Mübariz |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Müsabiqə aparırkən, məni məndən soruşsan,
Müasirim olanlardan məni seçmişdir zaman.
Bəxş eləmiş dövran mənə neçə ülvi məziyyət,
İdrakımın təlqinində məndə artıqdır hümmət.
Təfəkkürüm çox genişdir, məntiqimdir möcüzə,
Gətirmişəm şerim ilə yeni mənalar sözə!