Müshəf demək xətadır od səfheyi-cəmalə

Müshəf demək xətadır ol səfheyi-cəmalə
Müəllif: Məhəmməd Füzuli


Müshəf demək xətadır od səfheyi-cəmalə,
Bu bir kitab sözdür, fəhm edən əhli-halə.

Rüxsarə nöqtə qoymaq rəsmi-xət olmasaydı,
Düşməzdi mənzil etmək rüxsarın üzrə xalə.

Heyrani-mahi-ruyin xurşidə mehr salmaz,
Müştaqi-taqi-əbrun əksik baxar hilalə.

Qondurdu gərd xəttin ayineyi-muradə,
Qıfl urdu iqdi-zülfün gəncineyi-visalə.

Dövran mənə qədəm tək, sevda qapısın açdı,
Ta qəddimi qəmindən döndərdi zəf nalə.

Rəsmi-vəfa, Füzuli, səndən kəmalə yetmiş,
Xoş kamili-zamansan, əhsəntü bu kəmalə.