Müxabirə
Müxabirə Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. II cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Məmdəli:
Sevgili sultan babam, söylə, sənin halın nədir?
Mən ki, bir şux madmazel eşqində əldən getmişəm!
Şəhrdən şəhrə gəzib, Avropanı uğraşmışam,
İt qızı ram olmadı, hər dürlü ilhah etmişəm!
Həmid:
Məmdəli, artıq maranqozluq məraqım qalmamış,
Kərki, mişarı yığıb başqa evə göndərmişəm!
Ölkədə tək-tək vəba var, derlər, ondan qoxmuşam
Xanəmə daru yığıb bir aptekə döndərmişəm!