Müxalif dövrdən, gülgyn şərabı qanə dəgşirdim
Müxalif dövrdən, gülgyn şərabı qanə dəgşirdim Müəllif: Məhəmməd Füzuli |
Müxalif dövrdən, gülgyn şərabı qanə dəgşirdim,
Sürudin çəngü udun, naləvü əfğanə dəgşirdim.
Dəxi zövqi-visali-dust şövqün istəmin məndən
Ki, mən zövqi-visali, möhnəti-hicranə dəgşirdim.
Məni, ey bağiban, məzur tut gülzar seyrindən
Ki, mən gülzar seyrin külbeyi-əhzanə dəgşirdim.
Könül verdim fənavü fəqrə, tərki-etibar etdim,
Bihəmdillah ki, axir küfrümü iymanə dəgşirdim.
Niqabi-surəti-hal eylədim xuni-ciyər seylin,
Əyan rüsvalığı dərdü qəmi-pünhanə dəgşirdim.
Könüldən zövq bulmazdım, çıxardım çaki-köysümdən,
Qaşı yaylar xədəngilə gələn peykanə dəgşirdim.
Füzuli, məndən zövqi-afiyət az istə kim çoxdan
Mən onu arizuyi-tələti-cananə dəgşirdim.