Müxtəlif şeirlərdən natamam parçalar

Müxtəlif şeirlərdən natamam parçalar
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

Bu dünyaya gәldi neçә alişan,
Gәl sәnә söylәyim nişanbanişan.
Tur dağında min bir kәlmә danışan
Musanı da Allah özü öldürdü.
Bu dünyaya gәldi neçә min canlar...

  • * *

Mәn haq aşiqiyәm, haq yola mail,
Kitabım Qurandır, olmuşam qail.
Ey mәnim sultanım, Şah İsmayıl,
Dәrdimin әlindәn fәryadә gәldim.

  • * *

Bir ah çәkdim, ahım getsin havaya,
Manşiq olsun hәm ulduza, hәm Aya,
Bir od düşsün yar әylәşәn saraya,
O da yansın, mәnlә bәrabәr olsun.

  • * *

Bostan әkdim, tәr şamama yetirdim,
Onun suyun dağdan, daşdan gәtirdim.
Gözәlimi bu dünyada itirdim,
Onu tapan heç rastkar olmasın.

  • * *

Urmunun yolları düzüm-düzümdü,
Urmu karvanının yükü üzümdü.
Gülsәnәmim mәnim iki gözümdü,
Xәbәr verin hardadı yarım gәlә.