Müzakirə:Azərbaycan Fəlsəfəsi

Bu məqalədə AMEA-nın müxbir üzvü,fəlsəfə elmləri doktoru Zakir Məmmədovun iki kitabından istifadə edilmişdir. Onlardan birinin adı səhv yazılmış, digərində isə müəllifin adı göstərilməmişdir. Belə ki,əsərin adı "XI-XIII əsrlərdə Azərbaycanda fəlsəfi fikir" deyil, "Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir" göstərilməlidir. "Azərbaycan fəlsəfəsi tarixi" kitabının müəllifi Zakir Məmmədov olduğu üçün onun adı mütləq yazılmalıdır. Qeyd etmək lazımdır ki, "Azərbaycan fəlsəfəsi tarixi" kitabı ilk dəfə 1994-cü ildə, ikinci dəfə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə 2006-cı ildə nəşr olunmuşdur. --A.Zakirqızı 09:27, 13 Sentyabr 2010 (UTC)

"Azərbaycan Fəlsəfəsi" səhifəsinə qayıt.