Məclis bəzəyən ayım, o qaşlarındır hilal
Məclis bəzəyən ayım, o qaşlarındır hilal (XIX-XX əsr) Müəllif: Əbülhəsən mirzə Qovanlı-Qacar |
Məclis bəzəyən ayım, о qaşlarındır hilal,
Gözlərin inqilabi, qamətindir etidal.
Rəqsindir irtican, adındır imtinai,
Vüsalın ictimai hicranındır ixtilal.
Gözəllərin gözəli, biz arıqıq, sən ətli,
Bir azadlıq ver bizə, sərv boylu liberal.
Birləşmiş firqələrdə Demokrat firqəsinin,
Birləşməsi uzaqdır, məncə bu mahal xəyal.
Bu müqəddəs məclisdə bel bükülmüş mən yazıq,
Bədii bir şeir dedim, düşünmədən mən dərhal.