Məcnun oluram ol büti-məhpeykəri görcək

Məcnun oluram ol büti-məhpeykəri görcək
Müəllif: Molla Məhəmməd Zövi
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Məcnun oluram ol büti-məhpeykəri görcək.
Əlbəttə ki, məcnun olu mərdüm pəri görcək.

Bilməm ki, mənə naz eləyir, ya ki, sitəmdir,
Qafil ki ötər yar məni-müztəri görcək.

Hər ləhzə ki görsəm, dilərəm ləlüvü öpmək,
Tuti nə təhəmmül eləsin şəkkəri görcək.

Od tutdu könül zülfüvü ruyündə görəndə,
Ol növ ki beytülləh ara kafəri görcək.

Qurbanın olum, gəl bu qədər etmə təğafül,
Qurbanın olan Zöviyi-qəmpərvəri görcək.