Mədəd
Müəllif: Molla Cümə
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.

Gecə-gündüz duam budur,
Cabbar Cəlildən mədəd.
Axır zaman peyğəmbəri,
Rəsul Xəlildən mədəd.
Dörd səhabə, dörd məlayik,
Həzrəti Cəbraildən mədəd.
Doğru rahdə bizim üçün
Olan dəlildən mədəd,
Adəmin cəsədi yoğrulan,
O Abi-gildən mədəd.

Dəryada balıq qarnında
Yunis oxur halətə.
Dörd yol öldü Carcus Nəbi,
Çıxdı axır səlamətə.
Tutdu Əli Zülfüqarı
Çalışdı qəzəvətə.
Kərbəlada Həsən, Hüseyn
Təslim oldu cənnətə.
Mustafanın çeşmi-nuru
Ol iki güldən mədəd.

Yüz igirmi dörd min Nəbi
Dünyaya qılmış zühur.
Yeddi qat yer, yeddi qat göy
Ərş-kürs, Qaf, Tur,
Şəms, qəmər, mələk, nücum,
İns, cins, mari, mur.
Yüz sühüfnan endi Tovrat,
Fürqani, İncil, Zabur,
İxlasınan Yasin Taha
Oxuyan dildən mədəd.

İbrahim Ədhəm padşahkən
Taxtdan qaçdı biçarə.
Dost üzünə həsrət qaldı
Yəməndə Veysəl Qarə.
Əshab-Kəhfin kəlbi olub
Qoşulaydım qırxlarə.
Axır kəlam Molla Cuma
Sığıngınan Qaffarə,
Çün mağrifat dəryasıdır
O nəhri-Nildən mədəd.

Mənbə

redaktə