Məftuni-səri-zülfüne qüllab gərəkməz
Məftuni-səri-zülfüne qüllab gərəkməz Müəllif: Mirzə Ələkbər Sabir |
Məftuni-səri-zülfüne qüllab gərəkməz,
Rəncuri-ləbi-ləlinə innab gərəkməz.
Məhrabə sücud ətmərəm, ey qibleyi-məqsud,
Qaşın görənə səcdeyi-mehrab gərəkməz.
Aç zülfünü, divanələri bir yerə yığma,
Bu firqəyə cəmiyyəti-əsbab gərəkməz.
Yatma xəmi-zülfündə nigarın belə rahət,
Aşiqlərə, ey xəstə könül, xab gərəkməz.
Mən nəşeyi-ləli-ləbi-canan ilə məstəm,
Saqi, mənə minbəd meyi-nab gərəkməz.
Hicrində rəvadir ciyərim qanı tökülsün,
Çeşmindən axan qətreyi-xunab gərəkməz.
Sirab eləyib ləli-ləbin Sabiri, ey şux,
Təbdari-qəm-eşqinə qəndab gərəkməz.
Mənbə
redaktə- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 306