Məhəbbət möhkəm işdir, qafil olma
Məhəbbət möhkəm işdir, qafil olma Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lidеr nəşriyyat", 2004. səh.253. 22 avqust 2017 tarixində arxivləşdirilib |
Məhəbbət möhkəm işdir, qafil olma,
Bu karı sanma ki, hər kara bənzər.
Səfasız sufi daim qayğuludur,
Bu mə’nidən ki, butimara bənzər.
Nəsimi küntə kənzin gövhəridir,
Hədisi lö’löi-şəhvara bənzər