Məhəbbətin ayrılığı
Məhəbbətin ayrılığı (5 fevral 2005) Müəllif: Araz Yaquboğlu |
Mənbə: Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.358-359 |
Bir gül idim əllərində,
Tez saralıb quruduldum.
Niyə gülüm belə vaxtsız,
Yaddan çıxıb unuduldum?
Sevən üçün ağır olur,
Məhəbbətin ayrılığı.
Dərd veribsən çəkəmmirəm,
Bu çəkilməz ağır dağı.
Demə: Araz, səndən küsdüm,
Sən nə vaxtsa barışacan.
Ölsəm əgər bilirəm ki,
Torpağıma qarışacan.
Xarici keçidlər
redaktə- "Araz Yaquboğludan dörd şeir" (az.). karabakhmedia.az. 01 avqust 2016. 2016-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.