Məhəmməd bəyin Mirzə Həsənə yazdığı kəlam
Məhəmməd bəyin Mirzə Həsənə yazdığı kəlam Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Yenə asudə ikən uğradım bir şux zibayə,
Üzü gül, arizi mül, zülfü sünbül, çeşmi-şəhlayə.
Xəti sərkəş, xalı dilkəş, rüxi məhvəş, ləbi canbəxş,
Beli incə, teli afət, qədi sərvi-dilarayə.
Dişi gövhər, dili şəkkər, turunc ğənəbi pürbər,
Pəritəl’ət, mələk siyrət, müjə ox, qaşları ayə.
Üzü sahir, özü zahir, gözü can almağa mahir.
Görən bir baxışın verməz onu dünyavü üqbayə.
Dəhanın var-yox sirrini bilmək xeyli müşküldür,
Əcəb mahirdir ol əyyar hər elmi-müəmmayə.
Baxanlar qamətindən rəmz anlarlar qiyamətdən,
Görənlər şəkli-əbrusin dəxi baxmaz yeni ayə.
Yer üzündə durmadı, getdi, səmavatı məqam etdi,
Ləbi ecaz rəsmin göstərən dəmdə Məsihayə.
Belə məhbubi-bihəmtayə can nəqdin nisar etsəm,
Qəribə pürbəhayə sərfdir ömri-girənmayə.
Ləbi kövsər, dili şəkkər, üzü gülbərg tərdən tər,
Xəti hindu, gözü cadu, salıb yüz şur dünyayə.
Götürsə gün camalından bulut kimi qəra zülfün,
Sərasimə Züleyxa tək çıxar Yusif tamaşaya.
Dodağilə yanağın küfrdür, vallahi bənzətmək
Ləbin ecazi-İsayə, yədin bəyzai-Musayə.
Qiyam eylər qiyamət qaməti-mövzuni baş çəksə,
Niqab açsa, verir xiclət üzü cənnətdə hurayə.
Dodağından sorardım ağzının mən var-yox sirrin,
Bu nazik nüktəni sorma, düşər qan-dedi-ortayə.
Eşitməz naləmi, ol səngdil şuxə gücüm çatmaz,
Qənaət eylərəm mən də sənin tək ah ilə vayə.
Mənim vardır yenə vasil vüsalə olmaq ümmidim,
Yetərsənmi səni də, bilməm, axir bu təmənnaya?
Məni-kəmtər gədaya qıl nəzər, ey padşahi-hüsn,
Həmişə iltifat etmək gəlir axir bu ədnayə.
Alır feyzi-nəzər bəhrini aşiq tutsa damanın,
Tapar sərriştəsin, yetsə əh zülfı-çəlipayə.