Məhəmməd xan Qacarın Pavel Sisianova məktubu
Məhəmməd xan Qacarın Pavel Sisianova məktubu Müəllif: Məhəmməd xan Ziyadlı-Qacar |
Mənbə: Elçin Qarayev. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında) (PDF). Bakı: "Mütərcim". 2016. səh.165. |
…7 ildir ki, mən özümü onun (Fətəli şahın – E. Q.) tələsindən qoruyuram, özümü təhlükəyə düçar etmədən, öz xanlığımda yaşayıram və ona tabe olmuram. Əlahəzrətə məlumdur ki, mən ona hərbi yolla necə müqavimət göstərirəm və mənim qalama hücumunu dəf edirəm. Nəhayət, əlahəzrət qoşunla bura gəlib. Bizim xalqlar inamına görə müxtəlif dinlərə qulluq edir və bu, onları narahat edib. Baxmayaraq ki, mən bilirəm sizdə bütün dinlər yol veriləndir və buna qarşı çıxmaq istəmirsiniz. Lakin bizim xalqı inandırmaq çətindir. Baba xanın vəziri Mirzə Şəfi burada şəhərdə olmuş, əhalini hiyləgərliklə öz tərəfinə çəkmişdi. Mənim qardaşım Cəfərqulu xan da bilir ki, o, necə hiyləgər adamdır. Məndən başqa hamı sizdən üz döndərib. Mən və mənim varislərim ali Rusiya dövlətinə sədaqətlə qulluq etmək niyyətindəyik… Baba xan Pirqulu xanı gözləyərək 10 gündən sonra buradan gedəcək. Öz istehkamınızda xüsusilə ehtiyatlı olun. Baba xan iki dəfə hücuma cəhd etdikdən sonra gedəcəkdir. O, indi mənə nəvaziş göstərməyə cəhd edir, həmçinin şahzadə üç dəfə məktub yazıb və digər əyanlar andla məni inandırmağa çalışırlar. Lakin onlar məni inandırmağa çalışsalar da inanmıram və Rusiya dövlətinə xəyanət etmərəm. Əlahəzrət, xahiş edirəm bilin ki, şah qoşunu qalaya daxil ola bilməz.