Məktəb uşağı
Məktəb uşağı Müəllif: Əli Nəzmi |
Sübh açılantək oyanır uyğudan,
Bir gülü-gülzari-dəbistan çocuq!
Qalxır ayağə, yuyunur pak olur,
Bülbüli-baği-ədəbistan çocuq!
Evdə yatıb qalmayaraq kurtək,
Dişrə çıxıb cilvələnir nurtək.
Dərs evinə əzm eləyir hurtək,
Tərbiyəyə, elmə şitaban çocuq.
Məktəbə daxil olur insan kibi,
Dərs oxuyur bülbülü-xoşxan kibi,
Elmi sevir ruh kibi, can kibi,
Fikri gözəl, əqli dürəxşan çocuq!
İştə uşaq dərsinə müştaq olur,
Şüğlü yazı, mayili-övraq olur,
Səyli olduqda yüzü ağ olur,
Eyləyir əhbabını xandən çocuq!
Cəhd eləyir, etməyərək tənbəli,
Elm oxuyub güldürə müstəqbəli,
Şəni bəşər elmilədir çün, bəli,
Elm oxuyur nitqi dürəfşan çocuq,
Meyveyi-baği-ədəbistan çocuq!