Mələk (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mələk
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.164 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

 
Gözəllər sərbəstə seyrangahdadı,
Ərz etdim: Mələklər şahıdı Mələk.
Cansitanım inkar etməz sözümü –
Bu çeşmə başıdı, şahidi, Mələk.

Aludəni qəlbi para eyləmə,
Kim sövq eylər - dərdə çarə eyləmə?!
Kuhkan mənəm, günü qara eyləmə,
Desinlər, şəbistan mahıdı, Mələk.

Vəfasızsan, imdadıma çatmasan,
Xabi-əcəldəyəm, sən oyatmasan.
Tənha qalıb, sübh-sadiqə yatmasan,
Bişəkki, Alının ahıdı, Mələk.