Salam olsun sənə Molla Məhəmməd,
Təzə aşıq oldum, saz göndər mənə.
Amma özüm söz deməyə acızəm,
Bir neсə bənd deyib, söz göndər mənə.
Dörd ağadır, dörd bağbandır, dörd də bağ,
Dörd öləndir, dörd xəstədir, dörd də sağ,
Dörd ovçudur, dörd ceyrandır, dörd də dağ,
Bunun cavabını yaz göndər mənə.
İki dodaq bu cahanı dürr etdi,
İki səsin iki guşim kar etdi,
İki mələk iki gözüm kor etdi,
Təzədən ikicə göz göndər mənə.
Dəryanın ğəvvası ölməgə baxmaz,
Əlli beş sərçədən bir qırğı qorxmaz,
İki şey insanın yadından çıxmaz,
Onun sifarişin yaz göndər mənə.
Molla Cuma özü yazdı bu yazı,
Bülbül kimi xoş danışır avazı,
Səndə olan ol əbyatı, kağızı
Çox lazım olubdur, tez göndər mənə.