Mənə səni gərək səni

Mənə səni gərək səni
Müəllif: Yunus İmrə
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Eşqin aldı məndən məni,
Mənə səni gərək səni.
Mən yanarım dün ü günü,
Mənə səni gərək səni...

Nə varlığa sevinirim,
Nə yoxluğa yerinirim;
Eşqin ilə avunurum,
Mənə səni gərək səni...

Eşqin, aşiqlər öldürür,
Eşq dənizinə daldırır.
Təcəlli ilə doldurur,
Mənə səni gərək səni...

Sofilərə söhbət gərək,
Ahilərə ahrət gərək;
Məcnunlara Leyla gərək,
Mənə səni gərək səni...

Yunus durur mənim adım,
Gün keçdikcə artar odum.
İki cihanda maksudum,
Mənə səni gərək səni...