Mənəm (Növrəs İman)
Mənəm Müəllif: Növrəs İman |
Mənbə: "Növrəs İman" (az.). "Ozan dünyası" jurnalı. 2010. 2016-08-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Tifil ikən sənsən yar olan cana,
Çox çəkən yad eldə zəlalət mənəm.
Binadan sevməyən fani dünyanı,
Axtaran həmişə ədalət mənəm.
Bivəfa dünyada olmadım bidar,
Özüm öz işimi bilmədim aşkar.
Bir şərməndə, üzüqara, günahkar,
Haqqın dərgahında xəcalət mənəm.
Novrəstə İmanam, dərdi bihesab,
Ağlar gözüm, tökər qətrə-qətrə ab.
Hər an vürdümdədi əziz bir kitab,
Edən haqq yoluna itaət mənəm.