Mən (Şahnigar xanım)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mən
Müəllif: Şahnigar xanım


Nә küfrüm var, nә imanım,
Nә dinim var, nә әdyanım,
Fәәmma şahi-qüfranә
Ümidim, biimanәm mәn.

Nә dindarәm, nә islamәm,
Nә meynuşәm, nә pürcamәm,
Nә Bәsrә әhli, nә Şamәm,
Nә әz Hindü İranәm mәn.

Nә şiә, sünniyәm pürlaf,
Çahar yarә könlüm saf,
Nә әhli-zülmi-biinsaf,
Nә mәrziyә inanәm mәn.

Müavi hәqqinә lәni
Edәrәm müttәsil, yәni
Bulardır küfri-bimәni,
Bu әhl ilә yamanәm mәn.

Nә hüsn әhli kәmalım var,
Nә bir sahibcәmalım var,
Nә mülküm var, nә malım var,
Deyirlәr bir şәbanәm mәn.

Nә göftarım hәqiqәtdir,
Nә rahım bir tәriqәtdir,
Danışsam, nә bәliğәtdir,
Nә bir әhli-iqanәm mәn.

Nә dünya, әhli-üqbayәm,
Nә sövda, әhli-rüsvayәm,
Nә rahәtdә fәrәhzayәm,
Nә hәqdәn bigumanәm mәn.

Nә bәxtim var, nә dә biqәm,
Nә әladır, nә bәxtim kәm,
Nә şad oldum, nә çeşmim nәm,
Nә rüsvayi-cahanәm mәn.

Nәdir talib, nәdir mәtlub,
Nәdir rağib, nәdir mәrğub,
Nәdir cazib, nәdir mәczub,
Nә zәnn olsa, cinanәm mәn.