Mən (Aşıq Nəcəf)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Mən Müəllif: Aşıq Nəcəf Daşkəndli |
Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.18 |
Gecə də, gündüz də yalvarışdayam,
Tutmuşam Tanrının ətəyindən mən.
Hay verən tapılmır, hey püfləyirəm,
Hələ ki, düzlüyün tütəyindən mən.
Hayıf, nadan üçün tökdüm göz yaşı,
Bedasıl yolunda ağartdım başı.
Ayıra bilmədim qohum-qardaşı,
Şər-böhtan, kin-küdrət ətəyindən mən.
Nəcəf çox sınadı mənəm deyəni,
Hey yıxılan gördüm özün öyəni.
Nadan qamçısıyla döysə yüz məni,
Ayrılmaram haqqın pətəyindən mən.