Mən (Aşıq Valeh)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mən
Müəllif: Aşıq Valeh
Mənbə: "Aşıq Valeh (1729 - 1822)" (az.). shahbulaq.az. 11.02.2013. İstifadə tarixi: 2015-04-22.

Nəzərdən salmayın, camaat, məni,
Həqiqət mülkündə bir baharam mən.
Nə alim dostuyam, nə də zəmanə,
Mərhəmət soltanlı bir diyaram mən.

Bilmək istəsəniz işin düzünü,
Məndə taparsınız haqqın sözünü,
Lə`nət yuyar mollaların izini,
Xilqət hesabında bir çaharam mən.

Hansı hökm gəlib - insan ağlasın,
Çahar fəsil başa qara bağlasın.
Fəryad etsin, sinəsini dağlasın,
Hər yuxu mə`nasın düz yozanam mən.

Aşıq Valeh sənətinin bazıdı,
Həqiqət mülkünün bahar-yazıdı,
Bilikdə molladı, həm də qazıdı,
Anlayış süfrəli bir naharam mən.