Mən (Mirzəcan Mədətov)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mən
Müəllif: Mirzəcan Mədətov

Ey bivәfa yar, sәni necә salım yadә mәn,
Qoymadın bir şad olam bu fәna dünyadә mәn,
Eyb deyildir sәnә gәlmişәm fәryadә mәn,
Sәndәn qeyri kimsә yox, kimә gedim dadә mәn?
Dadrәsim yox mәnim, qalmışam aradә mәn.