Mən (Usta Abdulla)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Mən Müəllif: Usta Abdulla |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Ala gözlü, nazlı dilbər
Dedi: dur get gəlirəm mən.
Dedim: aj qız, dərdim çoxdu,
Dedi: dərman bilirəm mən.
Göldən uçurdum sonanı,
Bu yerdə,qoydum binanı,
Gündə görduyüm cananı,
Görməyəndə ölürəm mən.
Bağçalarda barım ola,
Alma, heyva, narım ola,
Bir dərd bilən yarım ola,
Ona qurban oluram mən.
Vəfası olmaz yalanın,
Ağlı olmaz çox gülənin,
Abdullayam dərd bilənin,
Yüz il keçsə quluyam mən.