Mən belə əsrari qana bilmirəm
Mən belə əsrari qana bilmirəm Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm!..
Axtaxana, dağda dana böyüdü,
Mən böyük ollam haçana, bilmirəm!..
Derlər utan, heç kəsə bir söz demə, –
Həq sözü derkən utana bilmirəm!..
Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm!..
Şiddəti-seylan ilə baran tökür,
Bir koma yox, daldalana bilmirəm!..
Derlər usan, hərzəvü hədyan demə, –
Güc gətirir dərd, usana bilmirəm!..
Derlər, otur evdə, nedim, kasibəm,
Kəsb eləməzsəm, qazana bilmirəm!..
Derlər, a qanmaz, de yıxıl, öl, qutar!
Hə, balam, doğrusu, ay dadaş, mən dəxi
Məsləhət ondan о yana bilmirəm!..