Mən bir susmaz duyğuyam ki
Mən bir susmaz duyğuyam ki Müəllif: Cəfər Cabbarlı |
(ŞƏRQİ)
Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm,
Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərəm.
Mən səninçün ömrüm boyu cəfalara dözərəm,
Sənsiz güllər açılmasın, axar sular dayansın,
Oxu bülbül, bəlkə yarım oyansın...
Mən bir sönməz ulduzam ki, daim işıq saçaram,
Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçaram,
Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.
Sənsiz günəş görünməsin, qaralara boyansın,
Oxu bülbül, bəlkə yarım oyansın...
Mən səninçin şəfəqlərdən süslü bir tac yaparım,
Yol ver mənə, gül dərmişəm, sevdiyimçin aparım!
Arar, arar, arar, arar, axır səni taparım;
Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın,
Oxu, bülbül, bəlkə yarım oyansın!..