Mən evlənməz idim

Mən evlənməz idim
Müəllif: Aşıq Məhərrəm Alçalı
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Vallahi, bilsəydim işi,
Adı mən evlənməz idim;
Gər biləydim ki, budu
Dadı, mən evlənməz idim.
Edəcəm qəmli könli-şadı
Mən evlənməz idim;
Olacam arvadın arvadı
Mən evlənməz idim.

Dedim, birini də alım,
Qoy, iki arvadım ola;
Birisi dərdə şərik,
Birisi övradım ola;
İkisindən törəyə,
Bir neçə övladım ola;
Gər biləydim, belə bicadı,
Mən evlənməz idim.

Nə bilim, təzə gələn
Köhnəyə hədyan deyəçək;
Köhnə də təzəyə «heyvan
Qızı, heyvan» deyəcək;
Oturub bir-birinə
Min çürə böhtan deyəcək;
Gələcək qonşu, qohum, yadı,
Mən evlənməz idim.

Nə bilim, Zalxa dua
Yazdıraçaq at nalına;
Eşidənlər yanacaq
Mən fağırın əhvalına;
Söyəcək hər ikisi
Mən yazığın saqqalına;
Deyəcəklər: ifritdi, qocadı,
Mən evlənməz idim.