Mən gəzirəm bu yaşımda

Mən gəzirəm bu yaşımda
Müəllif: Aşıq Nəsib

Mən gəzirəm bu yaşımda,
Bu dünyanın qarasında.
İş gətdi ki, rast olduq,
Qağızmanın yörəsində.

Sinəm başı düyün-yara,
Taleyim kəm, bəxtim qara.
Qovuşmadım nazlı yara,
Durdum dərdin bərəsində.

Tanrı hər işdən halidi,
Sözüm ellərin malıdı.
Nəsib qırxların quludu,
Əhli-hallar arasında.