Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya Müəllif: Mirzə Ələsgər Növrəs |
Təxmis (Füzuliyə) |
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,
Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
Aşiqəm yuz min bəlayə "əlbəla-ul-livəla",
"Qəd ənarəl-eşqə lil uşşaqi-minhacəl huda,
Saliki-rahi həqiqət eşqə eylər iqtida".
Fükri-zikrim dəmbədəm hərfu kəlami-eşqdir,
Eyləyən sərxoş məni hər dəmdə cami-eşqdir,
Aşiqi-sadiq cahan icrə imami-eşqdir,
"Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir
Kim, muşəxxəs olmaz ol vadidə sultandan gəda".
Sərxoşam cami-məhəbbətdən, ayə, qovmi-zəlam,
Badeyi-eşq aşiqə huşyarlıq eylər həram,
Şövqu zövqu eşqi-canan aşiqə olmuş həram,
"Eşqdir ol nəşəyi-kamil kim, ondandır mudam,
Meydə təşviqi-hərarət, neydə təsiri-səda"
Ey deyən hər dəm mənə, sidqi-iradət tərkin et,
Eşqə, gəl qoyma qədəm, rahi-səlamət tərkin et,
Hər iki dunyadə sən rahi-səadət tərkin et,
"Ey ki, əhli-eşqə soylərsən: məlamət tərkin et,
Sğylə kim, mümkünmüdür toğyiri-təqdiri-xuda?"
Mərhəba kuyi-məhəbbətdə sucudi-aşiqə,
Qıl nəzər ruzi-qiyamətdə numudi-aşiqə,
Tənə qılma, baş verib cananə cudi-aşiqə,
"Eşq kilki cəkdi xət hərfi-vucudi-aşiqə
Kim, ola, sabit həqq isbatında nəfyi-maəda".
Əlqərəz, mehru vəfadır xəstə dilər mərhəmi,
Mən kənar etməm qədəm rahi-məhəbbətdən dəmi,
Olmuşam mən sakinani-kuyi-eşqin həmdəmi,
"Eyləməz xəlvətsərayi-sirri-vəhdət mərhəmi
Aşiqi məşuqdan, məşuqi aşiqdən cuda".
Ey könül, rəncu ənasir zövq buldun eşqdən,
Aşiqi-həqsən, cəfasız zövq buldun eşqdən,
Fəxr qıl, Novrəs, bəhasız zövq buldun eşqdən,
"Ey Fuzuli, intəhasız zövq buldun eşqdən,
Böylədir hər iş ki, həqq adilə qılsan ibtida".