Mən o Xaqaniyəm ki, bu dünyanı
Mən o Xaqaniyəm ki, bu dünyanı Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Mən o Xaqaniyəm ki, bu dünyanı,
Gözəl dərk etmişəm fərasətimlə.
Mən mərdi, namərdi bir məhək kimi,
Tanıtdım dünyaya öz qüdrətimlə.
Nakəsdən görmədim mən bir yaxşılıq,
Yoxladım mən bunu sədaqətimlə.
Pislərin əlindən yaxşılıq gəlməz,
Mən pislik etmərəm öz hümmətimlə.