Mən olaydım (Əhməd Cavad)

Mən olaydım
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.257

Bu sevincli günlərin,
Bu ellik düyünlərin,
Bu nəşəli toyların,
Bu artımlı boyların
Carçısı m ən olaydım!
Bu sevimli fəsilin,
Bu canlanan nəsilin,
Bu şərəfli ordunun,
Bu işçilər yurdunun
Carçısı m ən olaydım!
Bu uğurlu səhərin,
Bu dumanlı şəhərin,
Radiolu kəndlərin,
Arazdakı bəndlərin, -
Carçısı mən olaydım!
О ağ başlı sarvanın,
İpək saçlı tarlanın,
О qotazlı bağların,
Nazlı, sazlı bağların
Carçısı mən olaydım!
Dağlardakı yolların,
Yollardakı qolların,
Qollardakı qüvvətin,
Qüvvətdəki hikmətin
Carçısı mən olaydım!
Sönınəyən yıldızların,
Göydə uçan qazların,
Yerdo qaçan şimşəyin,
Çirmənib əlloşməyin
Carçısı mon olaydım!
Bu somimi sosimlo,
Sönməyən həvosimlə,
Yanlış yoldan çəkib ol,
İndi yox, daha əvvol
Firqədəki ərlərin,
Tarladakı nərlərin,
Bu şərəfli kitabın,
Uğurlu inqilabın
Carçısı mən olaydım!
Mon olaydım carçısı,
Bu sevincli günlorin!
Mon olaydım carçısı,
Bu ellik diiyiinlərin!
15 iyun 1934