Mən paxıllıq edirəm quş və qarıncayə müdam
Mən paxıllıq edirəm quş və qarıncayə müdam Müəllif: Abbasqulu ağa Bakıxanov |
Mən paxıllıq edirəm quş və qarıncayə müdam,
Ki, xoş, asudə yatırlar yuvada hər axşam.
Belə sonsuz görünən göydə də bir vüsət yox,
Bəlkə orda ola bir azca bu könlüm aram.
Saqiya, bu gecə ver badələri peydərpey,
Ta ki, qəlbimdəki bu dərdlərimi yarə açam,
Belə məclisdə necə dinü bilik əldə edim,
Ki, ədəb qalmamış əsla bu gözəllərdə tamam.
Yarımın surəti cənnət kimidir, zülfü ləbə,
Kölgə salmış, biri baldır, o biri vermədə kam.
Zülfünün hər bükümündən görünür bir göz bax,
Zülfü olmuş necə gör bixəbər aşiqlərə dam.
Qüdsi, təbin pozular, nəfsinə uysan, ayıq ol,
Su tapıb çirki təmizlə, elə bu nəfsini ram.