Məndən (Şəmkirli Aşıq Hüseyn)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məndən Müəllif: Şəmkirli Aşıq Hüseyn |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Yeri dağlar, sənlə həmdəm olmaram,
Dağlar, əsirgədin qarı da məndən,
Seyrağıbın tənə-tənə sözləri,
Bir gün ayrı salar yarı da məndən.
O köynəyin, o çarpazın, bu bağın,
O süsənin, o sünbülün, bu bağın,
Nə müddətdi bağbanıydım bu bağın,
Bağban, əsirgədin barı da məndən.
Boylanırsan oğrun, baxırsan qıyqac,
Dodağın şərbəti dərdimə əlac,
Hüseyni elədin zəlili möhtac,
Aldı bu dövləti, varı da məndən.