Məni (Ağ Aşıq)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məni Müəllif: Ağ Aşıq |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Cəsədim möhnətə, narə qalandı
Yandırıb döndərib küllərə məni.
Dərdim dərya kimi coşub bulanır
Qərq edər ümmana, sellərə məni.
Əyibdi işimi qəzavü qədər,
Dolandım dünyanı tamam sərasər,
Gedər bu dərdi-qəm mənlə bərabər
Axıdar çaylara, göllərə məni.
Ağ Aşıq həsrətdi biçarə yarə,
Görəsən olarmı dərdimə çarə?
Müddətdir düşmüşəm qürbət diyarə
Fələk saldı qərib ellərə məni.