Məni (Aşıq Ələsgər)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məni (Aşıq Ələsgər) Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Xədd ağardı, isbat oldu qocalıq,
Bəyənmir gəlinlər, qızlar da məni.
İqbal üz döndərib, baxtım yatıbdı,
Gör nеcə qoyubdu düzlərdə məni!
Layiq dеyil qəmzə sata yar yara,
Sərraf yoxdu, dərdim çəkəm bazara.
Məcnun kimi nеcə qoydu avara
Tanrı burda səni, bizlərdə məni.
Yazıq Ələsgərdən dönüb üzləri,
Dost yad olub, yada salmır bizləri.
Bivəfa gözəlin tənə sözləri
Yandırdı odlarda, közlərdə məni.