Məni (Aşıq Bəsti)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məni Müəllif: Aşıq Bəsti |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Sənə qurban olum, ata
Verme bir ağ yala məni.
Qulaq as ahı naləmə
Venne bir ağ yala məni,
Salma qeylü-qala məni.
Gün çıxanda günlə durram,
Tendir sallam, xana qurram,
Cüte getsəm iyid yorram
Bibi, çəmə ala məni,
Salma qeylü-qala məni.
Adımı qoydular Bəsdi,
Qardaş kəleyim kəsdi,
Öldürməkdi meni qesdi
Atam bilmir bala məni,
Salıb yaman hala məni.
Qurbanam qohum-qardaşa,
Rəhm et gözden axan yaşa,
Puç ömrü vurmadım başa
Ana, vermə çala məni,
Salma qeylü - qala məni.
Yaşı keçib olub əlli,
Ağ tükü qaşmdan bəlli,
Acı sözlü, zəhər dilli,
Dilə tutma, xala, məni,
Ana, vermə çala məni.
Oğlan, de bir nədir adm?
Bilmədim eşqinin dadın.
Allahım versin muradm.
Salma qeylü-qala məni,
Babam verir çala məni.
Bəsdi deyər: yandım, yandtm,
Allah adı olsun andım,
Zəher şərbətinden qandım
Babam saymır bala ineni,
Salıb qeylü-qala məni.