Məni (Aşıq Hüseyn Bozalqanlı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Məni
Müəllif: Aşıq Hüseyn Bozalqanlı
Mənbə: http://www.anl.az/el/Kitab/2019/04/cd/Azf-307700.pdf

Qəza qırdı şikarımı tüyürdən,
Qədər mindiribdi yad ələ məni.
Tüğyandı mərəzim, yoxdu təbibim,
Ya kəsə, ya yara, ya dələ məni.

Qiyamətdi nəsin düşə əqrəbə,
Səfər etsən uğrayarsan əqrəbə,
Yandırdı cismimi narə əqrəbə,
Yandırsa yandırmaz, yad elə məni.

Hüseynəm, hicrandı şöhrətim, şanım,
Nə var bir munisim, yarı- həmdəmim.
Dərya olan dərdim, Qaf olan qəmim,
Atıbdı qürbətə, yad elə məni.