Məni (Muxayıl Göyçəli)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məni (15 sentyabr 1942) Müəllif: Muxayıl Göyçəli |
Yağı düşmənimsən, yəqin bilirəm,
Tutma şirin-şirin dillərə məni.
Bir vaxtı ixtiyar əlində oldu,
Onda həsrət qoydun güllərə məni.
Hər gözəlin göz tikmərəm yoluna,
Mayıl olmam ağ üzündə xalına.
Gözəl, nə düşübsən div xəyalına?
Rüstəm tək atırsan göllərə məni.
Gəl, tərlana tay etməynən ay sarı,
Ərş üzündə xoş görünür ay sarı,
Muxayılın viran könlün ay sarı,
Məcnun kimi salma çöllərə məni.
Mənbə
redaktə- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.80