Məni eşq əhlinin divanına divanə yazmışlar
Məni eşq əhlinin divanına divanə yazmışlar Müəllif: Məşədi Əyyub Baki |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Məni eşq əhlinin divanına divanə yazmışlar,
Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
Könül xaki-bəladan, abi-qəmdən çün xəmir oldu,
Bu viran olmuşu ol vəqtdən viranə yazmışlar.
Qədim nun, taleim dun, həm sirişkim xun, özüm məhzun
Görən dibaçeyi-ömrümdə, aya ta nə yazmışlar?
Müsəlmanam, məni bidin edən bır türfə tərsadır,
Çıxardın adəmi yoldan, bəli, bir danə yazmışlar.
Dağılmış mubəmu, hər riştəsi bir nalə saz eylər,
Əzəl gündən könlümü pürpiçi-tarə şanə yazmışlar.
Üzündə ayeyi-mövtü həyatı görməyib guya?
Qədər katibləri ol ayəni Quranə yazmışlar.
Yanar, cana, vücudum, dudi əsla aşikar olmaz,
Deyən şəmi-bəlaya Bakinin pərvanə yazmışlar.